• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan Xəzər Rəqəmsal Forumuna dəvət olunub

CƏMİYYƏT

21 Avqust 2024 | 15:00 | Müəllif: Əli Hüseynov

Azərbaycan Xəzər Rəqəmsal Forumuna dəvət olunub

Azərbaycan noyabrda Dağıstanda (Rusiya Federasiyası) keçiriləcək II Beynəlxalq Xəzər Rəqəmsal Forumuna dəvət olunub.

Bakıvaxtı.az forumun saytına istinadla xəbər verir ki, tədbirin əsas mövzusu rəqəmsal texnologiyalardan istifadə etməklə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına həsr olunacaq.

“Biz Xəzəryanı regionun bütün dövlətlərinin - Azərbaycan, İran, Qazaxıstan, Türkmənistanın nümayəndələrini dəvət etmişik”, - deyə Dağıstan regionunun rəqəmsal inkişaf naziri Yuri Həmzətov qeyd edib.

Tədbir iştirakçıları nəqliyyat, logistika, ekologiya və turizmin perspektivli sahələrini müzakirə edəcəklər. Forumda 8 ölkədən 4 işçi qrupunun və 30 sənaye ekspertinin iştirakı gözlənilir.

Qeyd edək ki, Dağıstanda keçirilən ilk Beynəlxalq Xəzər Rəqəmsal Forumu öz platformasında 600-dən çox insanı toplayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR