• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycan gəmisi Albaniyada saxlanılıb?

CƏMİYYƏT

22 Fevral 2023 | 14:03

Azərbaycan gəmisi Albaniyada saxlanılıb?

Albaniya mətbuatının Azərbaycanın gəmisinin həmin ölkənin Durres limanında saxlanılması və guya qaçaqmalçılıqla məşğul olmasına dair xəbərlər həqiqəti əks etdirmir.

Bakıvaxtı.az xəbər verir ki, saxlanılan gəminin Azərbaycana məxsus olmadığı, eyni zamanda Azərbaycanın heç bir neft qaçaqmalçılığı etmədiyi bildirilib.

“Bu xəbərlər həqiqətəuyğun deyil”, - mənbə vurğulayıb.

Qeyd edək ki, ötən gün Albaniyanın Durres limanında Liberiya bayrağı altında gəmi saxlanılıb. Həmin gəminin Yunanıstanda qaçaq yolla neft məhsulları ilə doldurulduğu, həmin məhsulların mənbəyinin Rusiya daxil olmaqla sanksiya tətbiq olunan ölkələr olduğu ortaya çıxıb. Albaniya KİV-i həmin gəminin guya Azərbaycana məxsus olmasına dair iddia irəli sürmüşdü. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR