• Bakı 12° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Azarkeş stadionda öldü

İDMAN

29 Mart 2026 | 17:23

Azarkeş stadionda öldü

Futbol üzrə Meksika və Portuqaliya milli komandaları arasında Mexikoda keçirilən yoldaşlıq oyunundan əvvəl bir azarkeş aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Bakıvaxtı.az "France-Presse" agentliyinə istinadən xəbər verir ki, hadisə dünya çempionatı ərəfəsində yenidənqurmadan sonra açılan arenada baş verib.

Qeyd olunur ki, insident 0:0 hesabı ilə başa çatan oyundan bir neçə saat əvvəl baş verib. Bildirilir ki, sərxoş azarkeş tribunaların ikinci yarusundan birinci yarusuna tullanmağa cəhd edib və yıxılıb. Ehtimala görə, həlak olan şəxs 27 yaşlı kişidir.

Mexikodakı stadionda Meksikanın ABŞ və Kanada ilə birlikdə ev sahibliyi edəcəyi DÇ-2026-nın matçları keçiriləcək./Oxu.Az


SON XƏBƏRLƏR