• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azad edilən ərazilərdə daha 140 mina AŞKARLANDI

CƏMİYYƏT

22 Avqust 2022 | 12:35 | Müəllif: Subhan Mahmudov

Azad edilən ərazilərdə daha 140 mina AŞKARLANDI

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, avqustun 15-dən 20-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 239, tank əleyhinə 140 mina və 125 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 562 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR