• Bakı 22° C

    5.44 m/s

Ayı 66 yaşlı qadını parçaladı

DÜNYA

16 Sentyabr 2026 | 09:09 | Müəllif: Günəş Mərd

Ayı 66 yaşlı qadını parçaladı

Rusiyanın Krasnoyarsk diyarında ayının hücumu nəticəsində 66 yaşlı qadın ölüb.

    Bakıvaxtı.az xəbər verir ki, Rusiya mediasının məlumatına görə, hadisə Yermakovsk bələdiyyə dairəsinin Verxni Kebej kəndində baş verib.

    Məlumata görə, ayı qadına onun yaşadığı evin həyətində hücum edib. Aldığı xəsarətlər nəticəsində qadın həyatını itirib.

    Hadisənin bütün təfərrüatları araşdırılır.

    Bildirilir ki, bu, son bir ay ərzində Sibirdə ayı hücumu nəticəsində qeydə alınan altıncı ölüm hadisəsidir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Sentyabr 2026