• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ay necə meydana gəlib?

DÜNYA

05 Aprel 2024 | 16:49

Ay necə meydana gəlib?

Arizona Dövlət Universitetinin amerikalı astronomları Ayın doğum vaxtını hesablayıblar.

Bakıvaxtı.az xəbər verir ki, tədqiqat 55-ci İllik Ay və Planet Konfransında təqdim olunub.

Onların hesablamalarına görə, planetimizin peyki Günəş sisteminin formalaşmasından 50 milyon il sonra peyda olub.

Belə ki, ilk Günəş sistemində Mars böyüklüyündə Theia adlı planetin tangensial trayektoriya ilə Yerə çırpıldığı güman edilir. Bu fəlakət orbitə nəhəng miqdarda material atıb, daha sonra Ay oradan meydana çıxıb.

Ancaq son vaxtlara qədər bunun nə vaxt baş verdiyini dəqiq söyləmək çətin idi, çünki mövcud sübutlar ziddiyyətlidir.

Komanda əsas nəzəriyyələri bir araya toplayıb və onlara əsaslanaraq, Yerin Theia ilə toqquşmasının 4,5 milyard il əvvəl günəş sisteminin yaradılmasından 50 milyon il sonra baş verdiyini müəyyən etib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026