• Bakı 12° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Avtomobillərdən oğurluq etdilər - Saxlanıldılar

HADİSƏ

29 Mart 2026 | 14:32

Avtomobillərdən oğurluq etdilər - Saxlanıldılar

Sabunçu rayonu ərazisində "BYD" markalı bir avtomobildən qızıl qolbaq və qulaqcığın oğurlanması barədə polisə müraciət daxil olub. Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı E.Xəlilov müəyyən edilərək saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, analoji hadisə Yasamal rayonunda da qeydə alınıb. "Toyota" markalı avtomobildən qulaqcıq və digər əşyalar oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı Q.Sultanov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


SON XƏBƏRLƏR