• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Avropa silah istehsalını kəskin artırır

DÜNYA

23 Iyun 2023 | 22:20

Avropa silah istehsalını kəskin artırır

Avropa İttifaqına (Aİ) üzv ölkələrin daimi nümayəndələri ittifaq ölkələrində artilleriya sursatlarının, reaktiv yaylım atəşi sistemləri və hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalını ildə 1 milyona qədər artırmaq barədə razılığa gəliblər.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçin Aİ Şurasına sədrliyi tviter səhifəsində məlumat yayıb.

“Aİ səfirləri sursat istehsalına dəstək aktının tənzimlənməsi (Act in Support of Ammunition, ASAP - Qeyd) ilə bağlı Avropa Parlamenti ilə danışıqlar aparmaq üçün mandatı indicə təsdiqlədilər. Bu, Aİ-nin silah-sursat istehsalı gücünü artırmağa kömək edəcək. Nəticədə Aİ müdafiə sənayesi Ukrayna Silahlı Qüvvələrinə və üzv dövlətlərə daha yaxşı dəstək vermək imkanı əldə edəcək”, - məlumatda deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR