• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AVRO-2020: Bu gün final görüş keçiriləcək

İDMAN

11 Iyul 2021 | 10:01

AVRO-2020: Bu gün final görüş keçiriləcək

Bu gün futbol üzrə Avropa çempionatının final görüşü keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Final görüşdə Londondonun "Uembli" stadionunda İtaliya və İngiltərə milli komandaları qarşılaşacaqlar.

Görüşü niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək. Ona həmyerliləri Sander van Rukel və Ervin Zeynstra köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Bastian Dankert yerinə yetirəcək.

Komandalar indiyədək 27 dəfə qarşılaşıb. Onların 10-da İtaliya, 8-də isə İngiltərə millisi qalib gəlib. Doqquz oyun heç-heçə başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026