• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ata qızını bıçaqladı - Sonra isə... - YENİLƏNİB

HADİSƏ

03 Iyun 2023 | 13:06

Ata qızını bıçaqladı - Sonra isə... - YENİLƏNİB

Şəxsin qızına xəsarət yetirdikdən sonra intihar etməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Bakıvaxtı.az-a Şəmkir Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 3-də Şəmkir rayon sakini 1976-cı il təvəllüdlü Rəna Cəfərovanın yaşadığı evdə xəsarət alması və 1941-cı il təvəllüdlü atası Sərdar Cəfərovun intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Sərdar Cəfərovun ailə münaqişəsi zəminində yaşadığı evdə qızı Rəna Cəfərovaya bıçaqla xəsarət yetirdikdən sonra intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır. Zərərçəkmiş Rəna Cəfərovanın vəziyyəti qənaətbəxşdir.

 

11:50

Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə kişinin qızını bıçaqlayandan sonra intihar etməsi ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bakıvaxtı.az-a bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini 1976-ci il təvəllüdlü A.Cəfərovanın bıçaq xəsarəti alaraq xəstəxanaya müraciət etməsi və Sərdar Cəfərovun yaşadığı evdə özünü asaraq intihar etməsi barədə məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar nəticəsində məlum olub, Sərdar Cəfərov ailə münaqişəsi zəminində qızı A.Cəfərovaya bıçaqla xəsarət yetirdikdən sonra intihar edib.

Yaralının vəziyyəti normaldır, faktla bağlı araşdırmalar davam etdirilir

 

11:32

Şəmkirdə ata qızını bıçaqlayıb, sonra isə intihar edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin 5-ci küçə ərazisində qeydə alınıb.

1940-ci il təvəllüdlü Sərdar Cəfərov qızı Rəna Cəfərovanı bıçaqlayıb. Daha sonra isə intihar edib.

Yaralı xəstəxanaya aparılıb.

Hadisənin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026