• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"And içmişəm, hamısının adını sadalayacağam"

ŞOU

18 Sentyabr 2026 | 12:19 | Müəllif: Əli Hüseynov

"And içmişəm, hamısının adını sadalayacağam"

Aktrisa Zülfiyyə Qurbanova çəkildiyi açıq-saçıq rolla bağlı ona sual ünvanlayanları tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, aktrisa bu cür suallardan yorulduğunu bildirib. O bildirib ki, artıq müsahibə verəndə belə bu cür sualların ona ünvanlanmasını istəmir:

“Artıq paylaşacağam, bəlkə savadsız suallardan canımız qurtara. Bundan sonra ərinməyəcəyəm, serial və filmlərdə olan öpüşmə , zorlama və sairə kimi səhnələri paylaşacağam. Hünərləri çatmır belələrinə sual verməyə. Zülfiyyə Qurbanova gəldi bir əxlaqsız qadın obrazı oynadı. Hələ tamaşaçılar...Mənim oynadığım roldan danışmaqdansa, gedin onlardan, həmin səhnələrə çəkilənlərdən danışın. And içmişəm, belə sual verən kimi səhnələrin adını bir-bir açıqlayacağam. Adamı iyrəndirmisiniz". 

Qeyd edək ki, Z.Qurbanova "Zəhər tuluğu", "Mikrorayon" kimi ekran işlərindəki obrazları ilə son illər gündəmdədir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026