• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ali Koç boşanır?

DÜNYA

04 Oktyabr 2023 | 08:52 | Müəllif: Qalib İbrahimoğlu

Ali Koç boşanır?

 "Fənərbaxça" klubunun prezidenti Ali Koç və həyat yoldaşı Nevbahar Koç ailə münasibətlərinə görə yenə diqqət mərkəzindədir.

Bakıvaxtı.az HaberGlobal-a istinadla xəbər verir ki, Koç cütlüyünün "Fənərbaxça"ya görə mübahisə etdiyi iddia olunur.

Yerli mətbuatın iddiasına görə, son vaxtlar bir-birləri ilə mübahisə edən Ali Koç və Nevbahar Koç cütlüyü boşanmağa hazırlaşır.

Verilən məlumatlara görə, Nevbahar Koç Parisə tək gedib və bir həftəyə yaxındır ki, oradadır. Bildirilir ki, Ali Koçun işinin çoxluğundan xanımının təkbaşına səyahət etməsi dedi-qodulara rəvac verib.

Ailəyə yaxın mənbə də cütlüyün münasibətinin o qədər də yaxşı olmadığını bildirib. Səbəb isə “Fənərbaxça” olub. Ali Koçun bütün boş vaxtını “Fənərbaxça”ya həsr etməsi və ona etinasız yanaşması Nevbahar Koçu narahat edib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026