• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Akşener "altılı masa"da oturmayacaq

DÜNYA

03 Mart 2023 | 17:15 | Müəllif: Qalib İbrahimoğlu

Akşener "altılı masa"da oturmayacaq

Meral Akşenerin sədri olduöu “İYİ Partiya” “altılı masa”nı tərk edib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu qərar "İYİ Partiya"nın İdarə Heyətinin bugünkü iclasında qəbul edilib.

Akşenerin sözlərinə görə, partiyası Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini dəstəkləsə də, “altılı masa” bunu yekdilliklə rədd edib. “İyi Partiya”dan başqa, yerdə qalan 5 partiya CHP lideri Kamal Kılıcdaroğlunun namizədliyini dəstəkləyib.

"Buna boyun əyməyəcəyik" deyən Akşener “altılı masa”nı tərk etdiklərini bəyan edib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026