Ağstafa rayonunda yerli sakin intihar etmək istəyib.
Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə Xəlfəli kəndində qeydə alınıb. 25 yaşlı Nadir Məmmədov özünü asaraq intihar etmək istəyib. Lakin yaxınları onu xilas edərək xəstəxanaya aparıblar.
Onun hansı səbəbdən intihara cəhd etməsi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
















