• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Ağdaşda yol qəzası - Xəsarət alanlar var

HADİSƏ

24 Dekabr 2022 | 09:57

Ağdaşda yol qəzası - Xəsarət alanlar var

Ağdaş rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, hadisə rayonun Yuxarı Ləki kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Teymur Hacıyevin idarə etdiyi “VAZ-21011” və Musa Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”ın sürücüsü, eləcə də iki sərnişini - 2002-ci il təvəllüdlü Elmin Kazımov və 2005-ci il təvəllüdlü E.Əsgərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026