• Bakı 16° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Oğuzda qaz balonu partladı

HADİSƏ

22 Yanvar 2023 | 12:48 | Müəllif: Subhan Mahmudov

Oğuzda qaz balonu partladı

Oğuzda yaşayış evində maye qaz balonu partlayıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saat 23.00 radələrində rayonun Qumlaq kəndində, kənd sakini Fəxrəddin Qədirova məxsus, ümumi sahəsi 134 kv/m olan kürsülü birmərtəbəli üç otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan əşyaları ilə birlikdə yanıb.

Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026