• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Maştağada silahlı narkotik alverçisi yaxalandı - VİDEO

HADİSƏ

21 Fevral 2023 | 12:05

Maştağada silahlı narkotik alverçisi yaxalandı - VİDEO

Sabunçu rayonunda narkotiklərin satışı ilə məşğul olan və qanunsuz odlu silah saxlayan daha 1 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları Maştağa qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Hüseynəli Xəlilovu saxlayıb. Onun üzərindən 20 qrama yaxın metamfetamin aşkar edilib. Həmçinin, saxlanılan şəxsin evindən 2 kiloqram marixuana, 1 ədəd “Kalaşnikov” markalı avtomat və 1 ədəd daraq aşkar edilib.

Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Maştağada silahlı narkotik alverçisi yaxalandı - VİDEOMaştağada silahlı narkotik alverçisi yaxalandı - VİDEOMaştağada silahlı narkotik alverçisi yaxalandı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026