Mingəçevirdə ağac kökündən qoparaq maşın yoluna düşüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Xətai küçəsində baş verib.
Nəticədə maşın yolu bağlanıb.
Ağacın aşması nəticəsində "KIA" markalı avtomobilə də ziyan dəyib.
Təbiət hadisəsinin fəsadının aradan qaldırılması və yolun açılması üçün Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunub.
Murad İsmayıl
















