• Bakı 24° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“Şəki yaylası”nda həlak olanların cinayət işindən XƏBƏR VAR

HADİSƏ

18 Sentyabr 2026 | 10:51 | Müəllif: Günəş Mərd

“Şəki yaylası”nda həlak olanların cinayət işindən XƏBƏR VAR

Xəbər verdiyimiz kimi, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində iki şəxs (31 yaşlı Məmmədov Coşqun Ceyhun oğlu və 27 yaşlı Bayramov Ucal Asif oğlu) hündürlükdən yıxılaraq həlak olub.

Baş Prokurorluqdan bildirilmişdi ki, faktla bağlı Şəki rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hazırda istintaq davam edir.

 Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026