• Bakı 28° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

ADY-dən Sumqayıtdakı qəza ilə bağlı açıqlama

HADİSƏ

10 Mart 2021 | 16:33

ADY-dən Sumqayıtdakı qəza ilə bağlı açıqlama

Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Baş Sumqayıt stansiyasının yaxınlığında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Qurumdan Bakıvaxtı.az-a verilən məlumata görə, saat 13:20 radələrində 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub. Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Aleksey oğlu Abdullayev dünyasını dəyişib.

"Hadisənin başvermə səbəbini müvafiq orqanlar aidiyyəti üzrə araşdırıb, hüquqi qiymət verəcək. ADY adından M.Abdullayevə Allahdən rəhmət, ailəsinə səbr diləyirik!", - deyə açıqlamada qeyd olunub.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026