• Bakı 21° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Abşeronda ikimərtəbəli tikili yanıb

HADİSƏ

12 Iyun 2021 | 23:29

Abşeronda ikimərtəbəli tikili yanıb

Abşeron rayonunda yanğın baş verib.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 1600 m² (hər mərtəbəsi 800 m²) olan ikimərtəbəli mansarda tipli müxtəlif təyinatlı (mağaza, kafe) tikilinin mansardasının taxta atmaları 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR