• Bakı 16° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

41 yaşlı kişi atdan yıxılıb öldü

HADİSƏ

12 May 2025 | 22:30 | Müəllif: Subhan Mahmudov

41 yaşlı kişi atdan yıxılıb öldü

Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Biləsuvar rayonunun Ovçubərə kəndində yerləşən təsərrüfat sahəsində olub.

Belə ki, Cəlilabad rayonunun Günəşli kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Tofiq Allaverən oğlu ata mindiyi zaman yıxılıb və ayağı üzəngidə ilişib. Nəticədə at onu bir müddət sürüyüb və T. Əliyev hadisə yerində dünyasını dəyişib.

Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026