“Ruben Vardanyanın Qarabağdakı tərəfdarları onun istefasını istisna etmirlər, ancaq onu da əlavə edirlər ki, o Qarabağı tərk etməyəcək”.
Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Ekspert qeyd edib ki, bu, bizim üçün məqbul variant deyil:
“Vardanyan istefa verdikdən sonra Qarabağda hansısa “partiya"nın və ya “hərəkat"ın lideri seçilə bilər. Fikrimcə, bu məsələyə konseptual yanaşmaya ehtiyac var. Tələbimiz Qarabağda doğulmayanların, ermənilərlə yanaşı digər millətlərin nümayəndələrinin bölgəni tərk etməsi olmalıdır".
Politoloq hesab edir ki, Ruben Vardanyan Qarabağda “vəzifəsi” olmadan da Azərbaycana qarşı təxribatlarını davam etdirəcək.
Nuranə Daxilqızı










jpeg-1679579599.webp)
jpg-1679579211.webp)




