Ötən ay ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə faktı ilə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb.
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, noyabrda Mərkəzə zəhərlənmə faktı ilə edilən müraciət edən 140 nəfərdən 72-si qadın, 42-si kişi, 26-sı uşaq olub. Qeyd olunub ki, onlar arasında sirkə turşusundan 25, dərmandan 52, spirtli içkidən 9, dəm qazından 21, zəhərli göbələkdən 8, qidadan 15, allergik reaksiyalardan isə 10 nəfər zəhərlənib.
Ötən ay zəhərlənmə ilə bağlı Mərkəzə müraciət edənlərdən 11 nəfər dünyasını dəyişib, 128 nəfər sağalaraq evə buraxılıb, 1 nəfərin isə müalicəsi davam etdirilir.
















