• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zelenski Xersona gəldi

DÜNYA

23 Mart 2023 | 16:42

Zelenski Xersona gəldi

Ukrayna Prezidenti Vladimir Zelenski Xerson vilayətinə səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Teleqram kanalı məlumat yayıb.

“Xerson vilayətinə işgüzar səfərdəyəm. Rusiyanın genişmiqyaslı təcavüzü nəticəsində çoxlu evlərə və sosial infrastruktur obyektlərinə ziyan dəymiş Posad-Pokrovski kəndindəyəm”, - deyə Zelenski yazıb.

Onun sözlərinə görə, hazırda bu kənddə işıq və su təchizatının bərpası davam edir, ambulatoriya yenidən tikilir və insanlar öz evlərinə qayıdırlar:

“Yerli sakinlərlə cari məsələlər və ehtiyaclar barədə danışdım. Hər şeyi bərpa edəcəyik, hər şeyi yenidən quracağıq. İşğalçılardan əziyyət çəkən hər bir şəhər və kənd kimi”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026