• Bakı 15° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Zaqatalada 3 otaqlı ev yandı

HADİSƏ

24 Oktyabr 2023 | 17:59

Zaqatalada 3 otaqlı ev yandı

Zaqatalada 3 otaqlı fərdi yaşayış evi yanıb.

Bakıvaxtı.az xəbər verir ki, yanğın hadisəsi bu gün saat 16 radələrində rayonun Aşağı Tala kəndində, kənd sakini Fazilət Carov qızı Barxalova məxsus, ümumi sahəsi 60 kv/m olan kürsülü birmərtəbə 3 otaqdan ibarət və hazırda yaşayış olmayan fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları tam yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR