• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yoluxma sayı ikirəqəmliyə düşdü

CƏMİYYƏT

14 Mart 2022 | 15:33

Yoluxma sayı ikirəqəmliyə düşdü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 168 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 790 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 585 nəfər müalicə olunaraq sağalıb, 9 618 nəfər vəfat edib, aktiv xəstə sayı 1 617 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 437, ötən müddət ərzində isə ümumilikdə 6 635 319 test aparılıb.


Yoluxma sayı ikirəqəmliyə düşdü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026