Göyçayda yol qəzası baş verib.
Bakıvaxtı.az bu barədə APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb. Belə ki, “Toyota Prius” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Sürücülər 1974-cü il təvəllüdlü Vüqar Novruzov, 1990-cı il təvəllüdlü Vüsal İsmayılov və sərnişin 1950-ci il təvəllüdlü Gülnaz Novruzova təcili tibbi yardım briqadasının köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.






jpg-1733475205.webp)
jpg-1733474512.webp)
jpg-1733473992.webp)

jpg-1733470956.webp)

jpg-1733466440.webp)



