"İnanın, yazılanlar vecimə deyil. Nə yazırlar, nə düşünürlər vecimə də deyil. Açığı, şərhləri də çox vaxt oxumuram".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "İncə səhər" proqramında deyib. Sənətçi yazılan mənfi şərhlərdən danışıb.
O bildirib ki, heç bir tənqidi vecinə almır:
"Amma bəzən qarşıma elə rəylər çıxır ki... İstər-istəməz həm gülürəm, həm də təəccüblənirəm. Düşünürəm ki, insanın tanımadığı birinin haqqına girmək, bilmədiyini yazmaq necə rahatdır. Biz niyə elə olmamışıq? Biz heç bildiyimizi yazmamışıq. Bəzən Rüfət Axundovla mənim duetimin altından elə şeylər yazırlar ki... Arada özüm də inanıram ki, bəlkə düzdür".
Bakı 




