• Bakı C

    8.56 m/s

  • USD - 1.7

    EUR - 1.9867

    RUB - 2.2082

Yağışlı hava ilə bağlı sürücülərə MÜRACİƏT

CƏMİYYƏT

13 Aprel 2026 | 20:42

Yağışlı hava ilə bağlı sürücülərə MÜRACİƏT

Hazırda paytaxtda, eləcə də respublikanın bəzi bölgələrində müşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlavə çətinliklər yaradır, yol örtüyünün sürüşkənliyini artırır və görmə məsafəsini məhdudlaşdırmaqla yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir.

Bakıvaxtı.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, idarəetmə zamanı sürət həddinə ciddi riayət etməyi, ara məsafəsini normadan artıq saxlamağı, nəqliyyat vasitələrinin texniki sazlığını daim nəzarətdə tutmağı və qəfil manevrlərdən çəkinməyi xahiş edir.

"Bildiririk ki, əlverişsiz hava şəraitində diqqətli, intizamlı və səbrli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu səbəbdən sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq", - deyə BDYPİ-nin məlumatında bildirilir. 


SON XƏBƏRLƏR