• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Xüsusi Təyinatlılarımız təlim keçirdi - FOTO-VİDEO

CƏMİYYƏT

05 Fevral 2024 | 10:05

Xüsusi Təyinatlılarımız təlim keçirdi - FOTO-VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirib, yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda taktiki yerdəyişmə fəaliyyətlərini yerinə yetiriblər.

Şərti düşmən müdafiəsinin yarılması, dayaq məntəqəsinin ələ keçirilməsi, ilk tibbi yardımın göstərilməsi və yaralının döyüş meydanından təhlükəsiz şəkildə təxliyə edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Qarlı-şaxtalı hava şəraitində komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları və xilasetmə tədbirlərinin aparılması, şəxsi heyətin xizək sürmə, eləcə də hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar yüksək peşəkarlıqla icra olunub.

 


Xüsusi Təyinatlılarımız təlim keçirdi - FOTO-VİDEOXüsusi Təyinatlılarımız təlim keçirdi - FOTO-VİDEOXüsusi Təyinatlılarımız təlim keçirdi - FOTO-VİDEOXüsusi Təyinatlılarımız təlim keçirdi - FOTO-VİDEOXüsusi Təyinatlılarımız təlim keçirdi - FOTO-VİDEOXüsusi Təyinatlılarımız təlim keçirdi - FOTO-VİDEOXüsusi Təyinatlılarımız təlim keçirdi - FOTO-VİDEOXüsusi Təyinatlılarımız təlim keçirdi - FOTO-VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR