• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Xüsusi təyinatlı” marşının təqdimatı keçirildi

CƏMİYYƏT

30 Iyul 2024 | 17:30 | Müəllif: Əli Hüseynov

“Xüsusi təyinatlı” marşının təqdimatı keçirildi

İyulun 30-da Əməkdar jurnalist Elçin Mirzəbəylinin Xüsusi Təyinatlı Qüvvələrə həsr etdiyi “Xüsusi təyinatlı” marşının təqdimat mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev qeyd edib ki, marşın yazılması xüsusi təyinatlarımızın fəaliyyətinin önəmini özündə əks etdirir:

"İnanıram ki, bu marş Xüsusi Təyinatlı Qüvvələrin ən sevimli marşına çevriləcək".

Elçin Mirzəbəyli isə bildirib ki, “Xüsusi təyinatlı” marşının sözləri və müəllifi özünə, aranjimanı Fərahim Sadiqə məxsusdur:

“Məşhur “Azadlıq marşı”nı hələ 1988-ci ildə, 21 yaşımda  yazmışdım. Təxminən 1 il öncə Şuşada idim. O zaman “Azadlıq marşı”ndan söz düşdü və söz verdim ki, xüsusi təyinatlılar üçün də marş yazım. Bir müddət sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə bu marşı ərsəyə gətirdik”.

"Xüsusi təyinatlı" marşını təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026