• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Xorvatiyada prezident seçkilərində səsvermə başa çatıb

DÜNYA

30 Dekabr 2024 | 05:10 | Müəllif: Gülşən Şərif

Xorvatiyada prezident seçkilərində səsvermə başa çatıb

Dekabrın 29-da Xorvatiyada keçirilən prezident seçkilərində səsvermə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00) seçki məntəqələrinin bağlanması ilə başa çatıb və səslərin hesablanması başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, saat 16:30-a (Bakı vaxtı ilə 19:30) seçici fəallığı 36,09 faiz təşkil edib ki, bu da 2,5 faizdən çoxdur, 2019-cu il prezident seçkiləri ilə müqayisədə daha azdır.

Qeyd edək ki, bazar günü Xorvatiya vətəndaşları daha beş il müddətinə prezident seçiblər. Bu seçkilərdə 3 milyon 762 min 224 vətəndaşın səsvermə hüququ var. Onlardan 250 mini xaricdə yaşayır.

Dövlət başçısı postu uğrunda 8 nəfər mübarizə aparır. Favoritlər hazırkı prezident Zoran Milanoviç və onun əsas siyasi rəqibi, hakim Xorvatiya Demokratik Birliyi partiyasının dəstəklədiyi müstəqil namizəd Draqan Primorakdır. Digər namizədlər "Most" partiyasının nümayəndəsi Miro Bul, müstəqil namizəd Tomislav Yoniç, sol partiyası "Mozhemo!"nun lideri İvana Kekin, DOMiNO partiyasının vitse-prezidenti Branka Lozo, müstəqil namizədlər Mariya Selak Raspudiç və Niko Tokiç Kartelodur.

Əgər birinci turda namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməsə, 14 gün sonra ikinci tur keçiriləcək. İkinci turda birinci turda ən çox səs toplayan iki namizəd iştirak edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026