Xəstəlik vərəqəsi müvəqqəti əmək qabiliyyətinin itirilməsini təsdiqləyən sənəddir
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova canlı yayım zamanı məlumat verib.
Onun sözlərinə görə, elektron xəstəlik vərəqəsi adi xəstəlik vərəqəsi ilə eyni prinsiplə hazırlanır, lakin bu proses daha sürətli və şəffaf şəkildə həyata keçirilir.
“Elektron xəstəlik vərəqəsinin verilməsi üçün həkimlər SİMA imza tətbiqinə daxil olmalıdırlar. Əks halda, bu sənədi tərtib edə bilməzlər”, – deyə Məhərrəmova bildirib.
O, qeyd edib ki, bu sənəd yalnız müvəqqəti əmək qabiliyyətinin itirilməsi deyil, həm də hamiləlik və doğuşla bağlı müavinətlərin təyin olunması üçün əsas rol oynayacaq.
Mina Mikayılova








%2C_Baku%2C_2017-09jpg-1747995410.webp)







