• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Vilayət Eyvazov məşhur DPY rəisini işdən çıxardı

CƏMİYYƏT

01 Avqust 2023 | 16:01

Vilayət Eyvazov məşhur DPY rəisini işdən çıxardı

Bakının tanınmış DYP rəisi işdən çıxarılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, Xətai rayon Dövlət Yol Polisi İdarəsinin (DYP) rəisi, polis polkovnik-leytenantı Cavanşir Ələkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 

Qeyd edək ki, C.Ələkbərov Bakının tanınmış DYP rəislərindən biridir. Onun adı mətbuatda bir sıra qalmaqallarda hallanıb.

Sonuncu dəfə isə mediada onun rüşvət alması ilə bağlı səs yazıları yayılmışdı. 

O zaman C.Ələkbərovla bağlı səs yazısını yayan şəxs həbs edilmişdi. /Lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026