• Bakı 21° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ!

CƏMİYYƏT

14 Sentyabr 2026 | 10:18 | Müəllif: Əli Hüseynov

Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ!

Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının növbəti test mərhələsində iştirak etmək üçün elektron sənəd qəbulu başlayıb.

Bu barədə Bakıvaxtı.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, növbəti test mərhələsində iştirak üçün bütün müraciətlər yalnız elektron formada qəbul olunur.

Qaydalara əsasən elektron müraciət etmək istəyən namizədlər VK-nin rəsmi internet səhifəsindəki "Vəkilliyə qəbul" bölməsinə (https://barassociation.az/candidate-login) daxil olaraq açılan pəncərədən "Namizəd qeydiyyatı"na keçid etməlidirlər.

Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə edilmiş razılığa əsasən test imtahanının dəqiq tarixi və digər ətraflı məlumatlar yaxın günlərdə əlavə olaraq açıqlanacaq.

Həmçinin namizədlər onlayn qaydada hazırlanan videotəlimatla tanış olaraq müraciət və qeydiyyat prosesini rahatlıqla həyata keçirə bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026