• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ÜST-dən  ABŞ-nin təşkilatdan çıxmasına MÜNASİBƏT

DÜNYA

21 Yanvar 2025 | 15:03

ÜST-dən ABŞ-nin təşkilatdan çıxmasına MÜNASİBƏT

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-nin təşkilatdan çıxmaq qərarından təəssüfləndiyini bildirib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ÜST-nin rəsmi nümayəndəsi Tarik Jazareviç brifinq zamanı bəyan edib.

"ÜST ABŞ-nin təşkilatdan çıxmaq niyyətindən təəssüflənir. Ümid edirik ki, ABŞ öz qərarını yenidən nəzərdən keçirəcək. Bütün dünyada milyonlarla insanın sağlamlığı, rifahı naminə ABŞ və ÜST arasında tərəfdaşlığın davam etdirilməsi üçün konstruktiv dialoqu səbirsizliklə gözləyirik", - o bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp ölkənin ÜST-dən çıxması barədə fərman imzalayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026