• Bakı 18° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Uşaq arabasında qaçaqmal keçirmək istədilər 

HADİSƏ

15 Aprel 2026 | 12:57

Uşaq arabasında qaçaqmal keçirmək istədilər

Trabzon-Bakı aviareysi ilə gələn 2 nəfər Azərbaycan Respublikası vətəndaşının çamadanlarından və əl yüklərindən zərgərlik məmulatları, dərman preparatları və siqaretlər aşkar edilib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı çamadanlardan, əl yüklərindən və uşaq arabasından gömrük nəzarətindən gizlədilən, yazılı və ya şifahi formada gömrük orqanına bəyan edilməyən və 334 qram qızıl-zinət əşyaları, 2264 həb, 84 kapsul, 47 flakon və 14 iynədən ibarət 8 adda dərman preparatları, məcburi nişanlanma ilə nişanlanmamış 1200 ədəd siqaret aşkar olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR