• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukraynaya pulsuz üç “Bayraktar” çatdırıldı

DÜNYA

06 Sentyabr 2022 | 00:10 | Müəllif: Subhan Mahmudov

Ukraynaya pulsuz üç “Bayraktar” çatdırıldı

Ukraynalıların üç gün ərzində vəsait toplayaraq almaq istədikləri üç ədəd “Bayraktar TB2” PUA-sı artıq bu ölkəyə çatdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin “Baykar Makina” şirkətinin baş direktoru Haluk Bayraktar məlumat verib.

Onun sözlərinə görə, şirkət dronlları Ukrayna xalqına pulsuz olaraq bağışlamağa qərar verib.

Türkiyəli sahibkar onu da qeyd edib ki, şirkət Polşada pul yığılan pilotsuz uçuş aparatını 1-2 ay ərzində Ukraynaya çatdırmağı planlaşdırır. Çox güman ki, bu, oktyabrda baş verəcək.

Xatırladaq ki, Sergey Pritula Fondu “Bayraktar”ların alınması üçün yığım kampaniyası elan edib. Üç gün ərzində ukraynalılar lazımi vəsaiti toplayıblar. Bununla belə, istehsalçı şirkəti Ukraynanı pulsuz olaraq PUA-larla təmin edəcəyini bildirib.

Üç “Bayraktar”ın alınması üçün toplanan vəsait qarşılığında ICEYE şirkətindən peyk alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026