• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ukraynada daha bir azərbaycanlı hərbçi yaralandı - FOTO

DÜNYA

04 Aprel 2022 | 10:05

Ukraynada daha bir azərbaycanlı hərbçi yaralandı - FOTO

Ukraynada Rusiya silahlı qüvvələri ilə davam edən müharibədə daha bir azərbaycanlı yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna ordusunun hərbçisi olan Ruslan Xəlilov Zaparoji istiqamətində xəsarət alıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Yaralanan digər azərbaycanlı Raqif Əliyevdir. Donetsk istiqamətində yaralanan hərbçi Ukraynanın Vinnitsa şəhər xəstəxanasında müalicə olunur.

Vinnitsa vilayəti üzrə Azərbaycanlılar Cəmiyyətinin sədri Əliş Səfərov "Report"un Şərqi Avropa bürosuna bildirib ki, hər iki azərbaycanlı hərbçi - Ruslan Xəlilov və Raqif Əliyev cəmiyyətin xüsusi diqqəti altındadır:

"Hər iki yaralının vəziyyəti normaldır".

R.Əliyev isə bildirib ki, yaraları ağır olmasına baxmayaraq xəstəxanada müalicələri xüsusi qayğı ilə aparılır, bununla yanaşı Vinnitsa Azərbaycanlılar Cəmiyyətinin sədri Əliş Səfərov hər gün onların qayğıları ilə maraqlanır.

Qeyd edək ki, hər iki azərbaycanlı hərbçi Ukrayna vətəndaşlarıdırlar.


Ukraynada daha bir azərbaycanlı hərbçi yaralandı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026