• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna Xersonda irəliləyir

DÜNYA

04 Oktyabr 2022 | 09:41

Ukrayna Xersonda irəliləyir

“Ukrayna qüvvələri son 48 saat ərzində Liman şəhəri ətrafında və Xerson vilayətində əhəmiyyətli uğurlar əldə edib”.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin son hərbi uğursuzluqlardakı günahı öz boynundan atmağa çalışır: “Rusiyanın Qərb Hərbi Dairəsinin komandiri dəyişdirilib. Ukrayna qüvvələri son sutkada Xarkov-Luqansk vilayəti sərhədi yaxınlığında yeni uğurlar qazanıblar. Ukrayna ordusu Xerson vilayətinin şimal-qərbində və şimal-şərqində irəliləməyə davam edir”.

İnstitutdan qeyd olunub ki, Rusiya qüvvələri son sutkada da İran PUA-larından istifadə edib: “Vladimir Putin qismən səfərbərliyin düzgün yerinə yetirilməməsinə görə məsuliyyət daşıyan Rusiya bürokratik qurumlarına qarşı cəza tədbirləri tətbiq edir. O, səfərbərlik problemlərini həll etmək istəyir. Ümumiyyətlə, Rusiyadakı səfərbərlik sistemi ciddi bürokratik problemlərdən və məhdudiyyətlərdən əziyyət çəkir. Bu, Kremlin qoşunun sayını artırmaq səylərinə mane ola bilər”.

Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, qismən səfərbərlik Rusiya cəmiyyətində gərginliyi artırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026