• Bakı 18° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Ucarda ev yandı

HADİSƏ

31 Avqust 2025 | 13:36 | Müəllif: Subhan Mahmudov

Ucarda ev yandı

Ucarda fərdi yaşayış evi yanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qaracallı kəndində baş verib.

Kənd sakini, 1977-ci il təvəllüdlü Əlizadə Əjdər oğlu Məmmədova məxsus 1 mərtəbəli, 2 otaq və yarımtikilidən ibarət evdə güclü yanğın baş verib.

Yanğın nəticəsində ev əşyaları ilə birlikdə tamamı ilə yanıb.

Hadisə yerinə Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Fakt araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026