Türkiyədə İslam Dövləti ilə əlaqədə olmaqda şübhəli bilinən 48 nəfərisaxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Erlikaya “X” sosial şəbəkəsində bildirib.
Qeyd olunur ki, 48 şübhəlidən 30-u İstanbulda Santa Mariya kilsəsində törədilən terror aktında iştirak edən şəxslərdir və həmin şəhərdə saxlanılıblar.
Ankarada isə daha 18 nəfər saxlanılıb.
Mina Mikayılova















