• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Türkiyə derbisində 5 qol vuruldu

İDMAN

13 Mart 2021 | 00:30

Türkiyə derbisində 5 qol vuruldu

Futbol üzrə Türkiyə çempionatının XXX turu çərçivəsində keçirilən qarşılaşmada “Başakşəhər” doğma meydanda “Beşiktaş”ı qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 42-ci dəqiqədə qonaqların hücumçusu Kayl Larin açıb. Daha sonra meydan sahiblərinin yarımmüdafiəçisi Dəniz Türüc hesaba tarazlıq gətirib. Matçın 68-ci dəqiqəsində Velinton "Beşiktaş"ı yenidən hesabda irəli çıxarıb. Lakin "Başakşəhər"in hücumçusu Demba Ba 76-cı dəqiqədə hesabı yenidən bərabərləşdirib. Buna baxmayaraq "Beşiktaş"ın yarımmüdafiəçisi Josef de Souza görüşün 85-ci dəqiqəsində komandasına qələbə qazandıran qolun müəllifi olub.

Beləliklə, "Beşiktaş" səfərdə "Başakşəhər"i 3:2 hesabı ilə məğlub edərək İstanbul derbisindən qalib ayrılıb.

Qeyd edək ki, hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 60 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 58 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə eyni xala malik olan “Fənərbaxça” qərarlaşıb.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026