• Bakı 18° C

    8.65 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Toral Bayramov "Bursaspor"a keçdi

İDMAN

25 May 2026 | 17:23

Toral Bayramov Bursaspora keçdi

Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyənin "Bursaspor" klubuna keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb.

Bildirilib ki, qardaş Türkiyənin köklü klublarından olan "Bursaspor"un Toral Bayramovun transferində ciddi maraq göstərməsi, həmçinin milli komandanın futbolçusunun özünün legioner həyatı yaşamaq və karyerasını xaricdə davam etdirmək istəyi bu keçidin reallaşmasında mühüm rol oynayıb.

"Qarabağ" 25 yaşlı oyunçunun transferi ilə bağlı "Bursaspor" klubunun təklifini müsbət cavablandırıb. Klublar arasında aparılan danışıqların uğurla yekunlaşması və futbolçunun legioner karyerasını davam etdirmək istəyinə hörmətlə yanaşılması nəticəsində tərəflər arasında razılıq əldə olunub.

2020-ci ildən "Qarabağ"ın əsas komandasında çıxış edən T.Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub. O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Bayramov millidə keçirdiyi 40 oyunda 5 qola imza atıb.


SON XƏBƏRLƏR