Sumqayıt şəhərində silah-sursat aşkar edilib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin 42-ci məhəllə ərazisində qeydə alınıb.
Ərazidən 1 ədəd “AK 74” markalı “Kalaşnikov” avtomatı və həmin avtomata məxsus 1 ədəd daraq aşkar olunub.
Tapılan silah-sursat aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.


jpg-1743583172.jpg)


jpg-1746172106.webp)


jpg-1746170336.webp)







