• Bakı 21° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Sudanda qızıl mədəni çökdü: 60-dan çox insan öldü

DÜNYA

16 Sentyabr 2026 | 15:52 | Müəllif: Gülşən Şərif

Sudanda qızıl mədəni çökdü: 60-dan çox insan öldü

Sudanın Qərbi Kordofan əyalətində qızıl mədəninin çökməsi nəticəsində ən azı 63 nəfər həlak olub. 

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, hadisə Əl-Nəhud şəhəri yaxınlığındakı Əl-Zaraa mədənində baş verib. 

Qayanın qəfildən çökməsi nəticəsində onlarla insan dağıntılar altında qalıb.

Xilasetmə işləri davam edir. Sahədə qayaları və torpağı təmizləmək üçün ağır texnika çatışmazlığı var ki, bu da insanların axtarışını xeyli çətinləşdirir.

Mədənə girənlərin qeydləri aparılmadığı üçün yeraltında qalan işçilərin dəqiq sayını müəyyən etmək mümkün deyil. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026