Sumqayıt şəhəri, 5-ci mikrorayon sakinləri bir aya yaxındır içməli su üzünə həsrət qalıblar.
Bunu Bakıvaxtı.az-a şikayət edən abonenlər bildiriblər.
Onların sözlərinə görə, Sumqayıt şəhəri, 5-ci mikrarayon, Səməd Vurğun küçəsi 136 ünvana bir aydır su gəlmir.
Şikayətçilər qeyd ediblər ki, yanvar ayından etibarən yaşadıqları əraziyə su gün ərzində 5 saat - səhər 7-dən 9-a, axşan saat 6-dan 9-dək verilir.
"Bu saatlardan başqa gün ərzində bir damla belə su gəlmir. Əvvəllər 24 saat su gəlirdi. “Azərsu”ya dəfələrlə zəng etmişik, deyirlər ki, bizə zəng etməyin. Problemi həll edə bilmədiklərini, suyun gün boyu olmayacağını deyirlər. Bu gün Su çərşənbəsidir, amma biz susuz qalmışıq”.
Problemlə bağlı “Azərsu” ASC-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, gün ərzində məsələ ilə əlaqədar araşdırılma aparılacaq.
Aytac Aslan









jpg-1679554805.webp)
jpg-1679560141.webp)





