• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Stoltenberq Ukrayna əsgərləri ilə görüşdü

DÜNYA

09 Noyabr 2022 | 20:10

Stoltenberq Ukrayna əsgərləri ilə görüşdü

NATO baş katibi Yens Stoltenberq Britaniyada təlim keçən Ukrayna əsgərləri ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO-nun saytında məlumat verilib.

Bildirilib ki, Stoltenberq bu gün Britaniya müdafiə naziri Ben Uolleslə birlikdə Britaniya, Kanada və Litva qüvvələrinin ukraynalı hərbçilərə təlim keçdiyi Lidd şəhərində olub.

Stoltenberq təlimi “Böyük Britaniyanın çox dəyərli NATO müttəfiqi olmasının və real fərq yaradan mühüm nümunə” adlandırıb: "Mən əminəm ki, bu, döyüş meydanında fərq yaradacaq".

Baş katib Ukrayna hərbçiləri ilə görüşdə onları Rusiyanın əsassız müharibəsinə qarşı mübarizədə sadiqlik və cəsarətlərinə görə təqdir edib.

Britaniyaya səfəri çərçivəsində Stoltenberq, həmçinin Londonda baş nazir Rişi Sunak və xarici işlər naziri Ceyms Kleverli ilə görüşəcək. Danışıqlarda Rusiyanın Ukraynaya qarşı müharibəsi və Alyansın qlobal çağırışlara qarşı davamlı adaptasiyasına diqqət yetiriləcəyi gözlənilir. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026