• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Solçular Makronu istefaya göndərməyi planlaşdırır

DÜNYA

02 Sentyabr 2025 | 01:30 | Müəllif: Subhan Mahmudov

Solçular Makronu istefaya göndərməyi planlaşdırır

Solçu "İtaət etməyən Fransa" partiyası hazırkı hökumətə etimad səsverməsindən bir gün sonra Fransa prezidenti Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması təşəbbüsünü parlamentə təqdim etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano məlumat verib.

"Sentyabrın 8-də biz Fransa baş naziri Fransua Bayrunu istefaya məcbur edəcəyik. Sentyabrın 9-da biz respublika prezidentinin Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması təklifini irəli sürəcəyik", - məlumatda deyilir.

Panonun sözlərinə görə, solçu partiya 2024-cü ildə keçirilən parlament seçkilərində qalib gəldikdən sonra hazırkı prezident onların namizədini baş nazir təyin etməkdən imtina edib.

Xatırladaq ki, kabinetə etimad səsverməsi sentyabrın 8-nə təyin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026